Şagirdlər "Daşqının təəccübü" şeirini səhnələşdirdilər
17.01.2024-cü il tarixində məktəbin 3”Ə” sinif rəhbəri İranə Nağızadə şagirdlərlə birgə dərsi maraqlı formatda təşkil etdi. Bu dəfə şagirdlər mövzunu obrazlı şəkildə nümayiş etdirdilər. Belə ki, şagirdlər Azərbaycan dili fənnindən "Daşqının təəccübü" şeiri əsasında yazdıqları ssenarini səhnələşdirdilər. Dərsin bu formatda keçirilməsində əsas məqsəd şagirdlərdə bilik, bacarıqların və dərsə marağın formalaşdırılması idi.