Olimpiada və müsabiqələrin qalibləri mükafatlandırılıb

    Lütfi Zadə adına Məntiq Olimpiadası və Məktəblilərarası fənn müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

    Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

   Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

   Tədbir iştirakçılarını salamlayan Mehriban Vəliyeva son illərdə ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Azərbaycan təhsilinin yeni müstəvidə inkişafından danışan M.Vəliyeva istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində respublikada Olimpiada hərəkatının genişləndiyini söyləyib.

    Mehriban Vəliyeva fərqlənən şagirdlərə uğurlar arzulayıb, onların gələcədə daha böyük müvəffəqiyyət qazan maları üçün müsabiqə və olimpiadalarda iştirakın əhəmiyyətini vurğulayıb.

    Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayıb, şagirdlərin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıb.

   Çıxış edən məktəblilər olimpiada və müsabiqələrin təşkilatçılarına təşəkkürlərini bildirib, onların yetişməsində  əməyi keçən müəllimlərə  minnətdarlıqlarını ifadə ediblər.

   Sonda müsabiqə və olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.

    Qeyd edək ki, 2022-2023-cü tədris ilində Lütfi Zadə adına Məntiq Olimpiadasında Bakı şəhəri üzrə 30 şagird qalib olub. Onlardan 8-i qızıl, 7-si gümüş, 15-i bürünc medal qazanıb. Qızıl medal alan şagirdlər sırasında məktəbin 6”b” sinif şagird Şəmsəddin Şiriyev də olub. Bu münasibətlə Şəmsəddin Şiriyevi təbrik edirik. Uğurları bol olsun!

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi