“Təbiəti qoruyanlar” layihəsi davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsi davam edir. Layihə çərçivəsində məktəb həyətinin yaşıllaşdırılması, “Yaşıl dəhliz” və “Yaşıl sinif” şüarı altında şagirdlər tərəfindən dibçək güllərinin çoxaldılması həyata keçirilib.
Qeyd edək ki, layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərini həllinə dəstək verilməsindən ibarətdir.