VII və IX siniflərdə Ana dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq keçirildi
14 dekabr 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə VII və IX siniflərdə Ana dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq keçirildi. 150 dəqiqə ərzində 85 sualı cavablandırmaq tələb olunurdu. Şagirdlər təqdim olunmuş tapşırıqları müəyyən edilmiş vaxt ərzində cavablandırdılar. Monitorinqin nəticələri təlimata uyğun müvafiq komissiya tərəfindən yoxlanılır. Nəticələr müvafiq formaya uyğun yazılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndəriləcək.