Kitab sərgisi
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar məktəbin kitabxanasında kitab sərgisi təşkil edildi. Şagirdləri kitab sərgisində iştirak etdilər.
Sərginin keçirilməsində məqsəd müasir dövlətçilik tariximizin formalaşmasında və inkişafında misilsiz xidmətləri olan xalqımızın böyük oğlu Heydər Əliyevin bütöv bir tarixi mərhələnin yaradıcısı kimi və onun ibrətamiz siyasi fəaliyyətinin öyrənilməsinin təbliğ edilməsi idi.
Kitabxanaçı Fəxriyyə Cəfərova onu da bildirib ki, Heydər Əliyevin yaşayan və yaşadan ideyaları hər birimiz üçün əvəzsiz nümunədir.