Ümummilli Lider Heydər Əliyevin anım günü

    11.12.2023-cü il tarixində məktəbin tarix müəllimi Şəhla Əsədova 12 Dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar məktəb kitabxanasında “Dəyirmi masa” keçirdi.

     Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra IX sinif şagirdlərinin iştirakı ilə keçirilən “Dəyirmi masa”da Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında danışıldı.

     Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi. Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar.

      Sonda şagirdlər Heydər Əliyev haqqında hazırladıqları təqdimatları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi