Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışı

    27 noyabrın 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışı olub.

    Yarış Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçirilib.

     Layihənin məqsədi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsidir.

    Yarışda Bakı şəhərinin 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib.

      İntellektual mübarizədə iştirakçılar “Yol hərəkəti qaydalarının tarixi”, “Avtomobillərin tarixi”, “Yol hərəkətinin iştirakçıları”, “Nəqliyyat vasitələri”, “Piyadalar və velosipedçilər”, “Avtomobillərin quruluşu və təchizatı”, “Yol nişanları” və digər mövzulara dair sualları cavablandırıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi