Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” mövzusunda sinif təşkilat saatı

    Məktəbin psixoloqu Vəfa Ağayeva  tərəfindən “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” mövzusunda sinif təşkilat saatı keçirildi. Təşkilat saatı 7-ci, 8-ci və 9-cu siniflərdə təşkil olundu.

    Təşkilat saatının keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunmasında, bərabərlik və inkişaf strategiyalarının həyata keçirilməsində bu gün ən ciddi maneələrdən biri olan məişət zorakılığı ilə davamlı mübatrizənin aparılmasının təmin olunması, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsidir.  

    Mövzunu giriş sözü ilə açan psixoloq Vəfa Ağayeva bildirdi ki,  gənclərimizi müxtəlif mövzularda maarifləndirmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda vətənə məhəbbət hissi aşılamaq, öz hüquq və qanunlarını bilməyi anlatmaq, məişətdə baş verən zorakılıqlardan uzaq olmağı tövsiyə etmək, şagirdləri nizam-intizamlı olmağa dəvət etmək hər birimizin borcudur. Bu səbəblə məktəbdə mütəmadi olaraq mövzuya uyğun söhbətlər aparılır, müxtəlif seminarlar və tədbirlər keçirilir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi