Şagirdlər IX Bakı Beynəlxalq Kitab Sərgisində

   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib.

   Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Məktəbin ibtidai sinif müəllimi Aygün Dadaşova 11.11.2023-cü il tarixində 4”Ə” sinif şagirdləri ilə bu sərgidə iştirak ediblər. Şagirdlər ilk öncə təqdim olunan kitab stendlərinə yaxınlaşıblar. Burada  Azərbaycanın xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçıların kitabları, müxtəlif rəsm əsərləri, əl işləri nümayiş olunmuşdu.

    Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları da təşkil edilib.

    Şagirdlər Türkiyədən dəvət olunmuş yazar, çox sevilən “Saçaqlı qızın pasaqlı gündəliyi” kitabının müəllifi Nur Dombaycı ilə görüşüblər. Kitabın 2-ci hissəsinin təqdimatı keçirildi. Təqdimat zamanı şagirdlər müəllifdən imza da əldə ediblər

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi