9 Noyabr - "Bayraq Günü"

Məktəbin ibtidai sinif müəllimi Zümrüd Hüseynova 02.11.2023-cü il tarixində 3”E” sinif şagirdlərinin iştirakı ilə “Bayrağım Quru Mənbəyimdir” adlı tədbir keçirdi.

Tədbirdə şəhid ailələri, qazilər, hərbçilər, veteran müəllimlər eyni zamanda valideynlər də iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, daha şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir zamanı şagirdlər müxtəlif dövrlərdə  Azərbaycan  Dövlətinə məxsus bayraqları nümayiş etdilər. Bununla yanaşı şagirdlər Vətən və bayrağımıza aid şeirlər söylədilər, mahnılar səsləndirdilər.

Sonda məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı çıxış edərək tədbir haqqında öz fikirlərini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi