“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlərə döyüş sənəti üzrə təlim keçirilib
8 Noyabr –“Zəfər Günü” ilə əlaqədar “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində Prezident mükafatçısı, Daxili işlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçi-müəllimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov məktəbin qonağı olub.
Respublikamızda xüsüsi təyinatlarının, güc strukturları və hüquq-mühafizə orqanlarının əməkdaşların hazırlığında böyük əməyi və təcrübəsi olan Rəsul Məmmədov məktəbin idman zalında X və XI sinif şagirdlərinin iştirakı ilə təlim keçirib. Təlim zamanı o, şagirdlərə özünü müdafiə əsaslarını və silahla davranmaq qaydalarını izah edib, praktiki dərslər keçib.