8 Noyabr “Zəfər Günü” və 9 Noyabr “Dövlət Bayrağı Günü”nə həsr olunmuş nümunəvi dərs
Məktəbin ibtidai sinif müəllimi Günay Piriyeva 4”A” sinfində 8 Noyabr “Zəfər Günü” və 9 Noyabr “Dövlət Bayrağı Günü” münasibəti ilə nümunəvi dərs təşkil etdi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha Sonra I və II Qarabağ müharibəsində canını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Tədbirdə şagirdlər şeir və mahnılar ifa etdilər.
Dərsdə tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova, psixoloq Vəfa Ağayeva, kitabxanaçı Fəxriyyə Cəfərova, ibtidai sinif müəllimi Sevinc Hüseynova iştirak etdilər.