Şanlı Zəfər tariximiz
2020-ci il Azərbaycan tarixinə şanlı Zəfər ili kimi daxil oldu. Vətən müharibəsi cəmi 44 gün ərzində ölkəmizin qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad etdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bu gün artıq “Şanlı Zəfər tariximiz"in üçüncü ilini qürurla qeyd edirik. 8 Noyabr – “Zəfər Günü” ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Zərifə Məmmədova “Şanlı Zəfər tarixmiz” adlı tədbir keçirdi. Tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra müəllim Azərbaycanın müasir tarixində fəxarətlə, qürurla anılan Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verdi. O bildirdi ki, bu gün hər kəs Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.
Sonda Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər, zabit və qazilərin həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.