Zəfərə aparan yol

Məktəbin ibtidai sinif müəllimi Aygün Dadaşova “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində 02.11.2023-cü il tarixində “Zəfərə aparan yol” mövzusunda nümunəvi dərs təşkil edib. Dərsin məqsədi tarixi-informativ mətndə xronoloji ardıcıllığı müəyyən etmək və şagirdlərin vətənpərvərlik hisslərini gücləndirməkdən ibarət idi.
Əvvəlcə himn səsləndi. Daha sonra Zəfər yolunda canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.
Mövzuya yönəltmə zamanı şagirdlər ulu öndər Heydər Əliyev haqda bildiyi məlumatları paylaşıblar. Sonra səssiz oxu vasitəsilə mətndə tanış olmayan sözləri qeyd edərək səsləndiriblər. Şagirdlər mətn əsasında sualları cavablandıb, bununla da mətni diqqətlə oxuduqlarını nümayiş etdiriblər. Cütlərlə iş zamanı onlara ayrılmış vaxt çərçivəsində tərtib etdikləri xronoloji cədvəli təqdim ediblər.
Sonda şagirdlər II Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin ifa etdiyi “Xudayar təsnifi”ni ifa ediblər..
Dərsdə UBTR Gunay Rəsulova, ibtidai sinif müəllimi Xalisə Məmmədova və kitabxanaçı Fəxriyyə Cəfərova da iştirak ediblər.