“Yemək süfrələri və onların tərtibatı” mövzusu üzrə açıq dərs
27.10.2023 tarixində məktəbin 4”Ə” sinfində texnologiya fənnindən “Yemək süfrələri və onların tərtibatı” mövzusu üzrə açıq dərs keçirdi. Dərsin keçirilməsində məqsəd estetik cəhətdən baxımlı yemək süfrəsi tərtib etmək, yemək süfrəsinə uyğun olaraq ləvazimatları seçmək və onları düzgün yerləşdirməkdən ibarət idi.
İlk öncə beyin həmləsi üsulu vasitəsilə şagirdlər onlara ünvanlanan sualları cavablandırdılar. Daha sonra şagirdlər “Səhər”, “Çay”, “Nahar” və “Şam” komandalarına bölündülər. Komandalar onlara verilən tapşırıqları təyin olunmuş vaxt ərzində yerinə yetirdilər. Sinif rəhbəri Aygün Dadaşova çətinlik çəkən şagirdlərə köməklik göstərdi. Daha sonra hər bir komandanın kapitanı hazırladıqları süfrənin təqdimatını etdilər. Komandalar əməkdaşlıq, tapşırığın yerinə yetirilməsi, sual-cavabda iştirak və dinləmə meyarları əsasında qiymətləndirildilər.
Dərsdə təlim–tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimi Dilarə Hüseynova, kitabxanaçı Fəxriyyə Cəfərova iştirak etdilər.