“Bullinq nədir və onun fəsadları” mövzusunda tərbiyəvi söhbət aparıldı

    Məktəb psixoloqu Vəfa Ağayeva 10-cu sinif şagirdləri ilə “Bullinq nədir və onun fəsadları” mövzusunda tərbiyəvi söhbət apardı.

    Belə ki, son zamanlar  dünyanın bütün ölkələrində  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Əgər siz öz həyatınızda heç vaxt digər, daha güclü və ya daha çox səlahiyyət sahibi olan insan tərəfindən sistematik təqib və ya başqa zorakılıq hiss etməyibsinizsə, belə görünə bilər ki, bullinq xırda məsələdir.

Psixoterapevt Cennifer Fridin sözlərinə görə, bullinq yalnız qəzəb və alçaldıcı hərəkət deyil. Bullinq təkrarlanmaq, qurbanını qorxu və stress vəziyyətində qoymaq  tendensiyasına malikdir. Oxşar effekti bullinq  həm də baş verən aqressiv hadisələrin şahidləri olanlara qarşı da göstərir. Əgər uşaqlar dalaşıblarsa və ya hətta kiməsə qarşı nalayiq sözlər işlədiblərsə, bir dəfə “öz komandası”ndan kimisə çıxardırlarsa, bu, bullinq kimi təsnif edilmir. Amma əgər uşaq kollektivində cəzasız zorakılıq mədəniyyəti formalaşırsa, bu, onlarda başqaların alçaldılmasının mümkünlüyü hissini yarada bilər. Bullinqin qurbanları təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər. Bullinqin qurbanları olmuş  şagirdlər yaşlı həyatlarında da daha çox xəstələnir və psixoloji problemlərə malikdir. Nəticələr daha da dağıdıcı ola bilər.

    Bütün bunların qarşısını almaq üçün valideynlərə, müəllimlərə və ya uşağın etibar etdiyi böyüklərə müraciət etmək lazımdır. Valideynlərin dəstəyi sayəsində uşaqlar məktəbdə üzləşdikləri problemləri daha asan yaşaya bilərlər. Həmçinin məktəb müəllimləri də fiziki üstünlüklərini göstərməklə yox, onlarla danışmalıdır. Dərsdə bullerlərin hiylələrini gördükdə, diqqəti  bullerlərdə cəmləşdirməklə onu tədris prosesinə cəlb etməyə çalışmağa nail olmalıdırlar.

    Ancaq yadda saxlamaq lazımdır ki, hətta ən xırda aqressivlik təzahürünə qarşı göz bağlamaq olmaz, çünki yalnız ümumi səyləri birləşdirməklə və vaxtında ona diqqət yönəltməklə vəziyyəti araşdırmaq olar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi