Milli Qürur Günü!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilir. Bu tarixi gündə uzun illər boyu Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın ölkəmizə hücumunun qarşısını almaq və ərazi bütövlüyümüzü bərpa etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cəbhə boyu əks-hücuma keçmək əmrini verdi.
27 sentyabr xalqımızın, millətimizin, ordumuzun birliyi, bütövlüyü günüdür. Həmin gün düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməyə başladıq.
Bu qələbə Azərbaycana sadəcə torpaqlarını qaytarmadı. Bu qələbə Azərbaycana vətənin timsalında həm də milli qüruru, özünəinamı qaytardı. Ermənilər torpaqlarımızı işğalda saxladıqları 30 il ərzində bu torpaqları viran qoydular. Onlar ancaq dağıdıcılıqla, talançılıqla məşğul oldular. Və ermənilər öz əməlləri ilə göstərdilər ki, onların əsl mahiyyəti məhz budur.
27 sentyabr təkcə Anım Günü deyil, Milli qürur günüdür. Milli iradəmizin təntənəsidir. Məğlubiyyətə, məğlub xalq sindromuna son verdiyimiz, Vətən naminə ölümə meydan oxuduğumuz, zülmü, istidbadı yendiyimiz, İstiqlalımızı, Dövlətimizi, Bayrağımızı qanımızla, şərəfimizlə süsləndirdiyimiz gündür.
Məktəbin 3”B” – “Sağlam təhsil” sinfinin şagirdləri “Anım Günü”nə həsr etdikləri divar qəzetlərini nümayış etdirdilər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Torpaq, uğrunda ölən varsa Vətəndir!
Allah şəhidlərimizə rəhmət eləsin!