İlk dərs günü

     Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb və ölkədə 2023-2024-cü tədris ilinə start verilib.

     Yeni tədris ilinin başlaması ilə əlaqədar məktəbdə Bilik günü qeyd olunub.

    Tədbirdə məktəbin direktoru Elvin Aslanlı, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Tahir Ağayev, Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

   Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru tədbiri açıq elan edərək ilk öncə məktəbə ilk qədəmlərini basan birinciləri təbrik edib, onlara uğurlar arzulayıb.

    Xatırladaq ki, bu il məktəbin birinci siniflərinə 218 şagird qəbul olunub.

    Onu da qeyd edək ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi