"Son zəng" tədbiri keçirilib

   İyunun 14-də məktəbdə  “Son zəng” tədbiri keçirilib. “Son zəng” tədbirində  məktəbin direktoru Elvin Aslanlı, təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova, psixoloq Vəfa Ağayeva müəllimlər və valideynlər iştirak ediblər.

  “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı tədbiri açıq elan edərək bu il məzun olan  şagirdləri təbrik edib, onlara tələbə adını qazanmağı arzulayıb. O, çıxışı zamanı şagirdlərin yerli və beynəlxalq olimpiadalarda, eyni zamanda idman sahəsində də əldə etdikləri uğurlardan danışıb.

   Tədbir zamanı məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.

  Sonda simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub və “Son zəng” çalınaraq, səmaya əlvan şarlar buraxılıb.

   Qeyd edək ki, 2022-2023-cü tədris ilində məktəbin XI sinfini 78 nəfər bitirib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi