”Azərbaycan oğluyam” adlı anım günü

   31 may 2023-cü il tarixində “1 nömrəli Uşaq - Gənclər  İnkişaf Mərkəzi“  Publik Hüquqi Şəxsin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, ölümündən sonra, “Vətən uğrunda”, “İgidliyə görə”, ”Füzulinin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi Cavid Xaliq oğlu Səfərlinin anadan olmasının 30-cu il dönümünə həsr olunmuş, ”Azərbaycan oğluyam” adlı anım günü keçirilib.                       

   Anım günü keçirilməsində məqsəd şəhidin keçdiyi həyat yolunu göstərməklə onun əziz xatirəsini uca tutmaq,qəhrəmanlıq şücaətini daim yüksək qiymətləndirmək və ruhuna ehtiramla yanaşmaqdır.  

   Anım günündə şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub, “1 nömrəli Uşaq - Gənclər  İnkişaf Mərkəzi“  Publik Hüquqi Şəxsin 95 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Nitq mədəniyyəti” dərnəyinin  üzvüləri şeir kompazisiyası ilə çıxış ediblər.                                                                                          

    Eyni zamanda şəhid Cavid Səfərlinin valideynləri, 44 günlük vətən müharibəsində canlarından keçən şəhidlərin anaları, şəhidin döyüş yoldaşları, 263 nömrəli tam orta məktəbdə şəhidin adını daşıyan 4-cü sinif şagirləri və bu sinifə dərs deyən müəllimlər, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbin zabit heyyəti və kursantları da iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi