Şagirdlər muzeydə

  18 may dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının  təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

   Məktəbin ibtidai sinif müəllimi Aygün Dadaşova  3”Ə” sinif şagirdləri ilə birgə Bakı şəhərində yerləşən “Suraxanı gəmi-muzeyi”, “Hacı Zeynalabdin Tağıyevin ev muzeyi” və “Səməd Vurğunun ev muzeyi”ni ziyarət ediblər..

   İlk öncə “Suraxanı gəmi-muzeyi”ndə gəmi kapitanı və baş köməkçisi şagirdləri salamlayıb, onlara gəmi və onun heyəti haqqında məlumat veriblər. “Suraxanı gəmi-muzeyi” dünyada ilk tanker muzeydir. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olublar.

   “Hacı Zeynalabdin Tağıyevin ev muzeyi” isə H.Z.Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı-buduar və s. otaqlardan ibarət idi. Xatirə muzeyinin ekspozisiyası H.Z.Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Sarayın ən böyük zallarından biri olan, qədim oriental ornamentlərini özündə birləşdirən Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirilirdi. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı xüsusi zövqlə bəzədilmişdi.

    Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim “Səməd Vurğunun ev-muzeyi” XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son iki ilini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur. Muzeydəki üç otaq — şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. Digər üç otaqda isə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılmışdır. Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman, 1956-cı il mayın 27-də axşam saat 7:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırmışdır. Hazırda muzeyin direktoru şairin nəticəsi, gənc pianoçu Vurğun Vəkilovdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi