"Ana təbiətin uşaqlara məktubu"

     Məktəbin 2”G” sinfində 26.04.2023-ci il tarixində Azərbaycan dili fənni üzrə "Ana təbiətin uşaqlara məktubu" mövzusunda açıq dərs keçirilmişdir. Sinif rəhbəri Dinar Salmanova təbiəti çirkləndirən amillərlə bağlı şagirdlərə məlumat verib, təbiəti qorumaq üçün şagirdlərin öhdəsinə hansı addımların düşdüyünü bir daha nəzərlərinə çatdırmışdır. Şagirdlər qrup halında işləyərək bitkiləri, havanı, suyu çirkləndirən amillərin qarşısını almaq üçün hansı addımları atmaq lazım olduğunu müəyyən edərək  "Təbiəti qoruyanlar" adı altında şüarlar səsləndirmişdilər.

     Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov və ibtidai sinif müəllimləri iştirak etmişdir. Şagirdlərin təbiəti qorumaq üçün səsləndirdikləri fikirlər təqdirə layiq qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi