"Heydər Əliyevin 100"

     Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əliyevdir.  

     2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu səbəblə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”na əsasən 2023-cü ili “Heydər Əliyev İli” elan edilmişdir.

     8 may 2023-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Mahmudova 5”A” sinif şagirdlərinin iştirakı ilə  “Heydər Əliyev 100” adlı tədbir keçirmişdir. Tədbirdə məktəbin dirketoru vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı, təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüsyenov, psixoloq Vəfa Ağayeva, UBTR Günay Rəsulova və məktəbin müəllimləri iştirak etmişlər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriməsi ilə başladı. Daha sonra Səadət Mahmudova tədbiri açıq elan edərək Ulu öndər haqqında danışdı.  O bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi idi. Onun bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur.

    Daha sonra çıxış edən məktəbin dirketoru vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.  Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.” deyərək Ulu öndərin bir daha necə rəhbər olduğunu, xalqını, millətini necə sevdiyini bir daha vurğuladı.

    Direktorun nitqindən sonra şagirdlər hazırladıqları şeirləri, çıxışları nümayiş etdirdilər. Tədbir zamanı Heydər Əliyevə həsr olunmuş video-çarxlar da nümayiş olundu.

   Sonda tədbir şagirdlərin “Vətən” mahnısının səsləndirilməsi ilə yekunlaşdı.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi