"Tarix yaradan lider"

   Məktəbin ingilis dili müəllimi Müzəyyan Şıxıyeva 8”D” sinif şagirdləri ilə Ümummilli Lider, müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “A Lider, who create history” mövzusunda “Dəyirmi masa” keçirdi. “Dəyirmi masa”da məktəbin tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, UBTR Günay Rəsulova, kitabxanaçı Fəxriyyə Cəfərova və ingilis dili müəllimləri iştirak etdilər.

    İlk öncə Ulu Öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükütla yad edildi. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verildi. XX əsrdə Azərbaycan tarixinin əhəmiyyətli simalarından biri hesab edilən Heydər Əliyevin 1993-cü ildə prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitliyin bərpa olunması və əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatları haqqında da müzakirələr aparıldı. Müzakirə zamanı şagirdlər ingilis dilində “Heydər baba” şeirini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi