İngilis dili aylığı keçirilir

Məktəbdə ingilis dili aylığı çərçivəsində məktəb foyesində şagirdlərin hazırladıqları divar qəzetləri yerləşdirildi.
Bundan əlavə VI siniflər arasında ingilis dilində intellektual oyun, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa, “Şuşa ili” ilə əlqədar “Shusha we are back” adlı tədbir keçiriləcək. Bundan başqa şagirdlərin “Baku-American centre”ə ekskursiyası və Bakı şəhəri 238 nömrəli məktəblə tele-körpü keçirilməsi nəzərdə tutulub.