“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsi keçirilib

    “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsi keçirilib. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, “ELSA Azərbaycan”ın prezidenti Rəhim Abasov, “ELSA Azərbaycan” səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezident Nərminə Hüseynzadə, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.

    Mehriban Vəliyeva “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin yuxarı sinifdə təhsil alan xüsusilə də təhsilini hüquqşünaslıq ixtisasında davam etdirmək istəyən məktəblilərin hüquqi biliklərini artırmaq, eləcə də onların real məhkəmə mühiti ilə tanışlığına imkan yaratmaq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Müsabiqənin əhəmiyyəti barədə danışan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İ.Əliyev məktəblilərin bu müsabiqədə iştirak etməklə hüquqşünaslıq ixtisası, onun tətbiqi və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı əldə etdiklərini söyləyib.

   “ELSA Azərbaycan”nın prezidenti R.Abasov, “ELSA Azərbaycan” səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezident N.Hüseynzadə müsabiqə barədə ətraflı məlumat veriblər.

    Daha sonra “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsinin dörddəbir turu keçirilib. Bu mərhələdə 2 şagird və 1 tələbədən ibarət olmaqla, ümumilikdə 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib. Nəticədə Bakı şəhəri 20 və 83 nömrəli məktəb-liseylər, 287 nömrəli Zəkalar liseyi və 7 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komandalar qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

    Təəssüflər olsun ki, müsabiqədə iştirak edən məktəbin komandası növbəti mərhələyə vəsiqə qazanmasa da, gələcək layihələrdə uğur qazanmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi