“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi

 

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi ilə birgə   “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi keçirilir.  Müsabiqədə ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edir.

     Müsabiqənin keçirilməsində məqsəd şagird və tələbələrin hüquqi biliklərinin artırılması, gələcəkdə fəal vətəndaş kimi onlarda öz hüquqları ilə yanaşı digər vətəndaşların da hüquqlarını müdafiə etmək bacarıqlarının formalaşdırılması, eləcə də onların real məhkəmə mühiti ilə tanışlığına imkan yaratmaqdan ibarətdir.

    Müsabiqə çərçivəsində şagird və tələbələr “Hüquqa giriş”, “Məhkəmə prosesi ilə tanışlıq və vəkilin müdafiəetmə taktikaları” mövzularında 3 günlük təlim proqramında məktəbin üç şagirdi iştirak edir. Təlimlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Günel Əhmədli tərəfindən keçirilir.

    “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsində komandalar seçmə üsulu ilə iddiaçı və cavabdeh kimi dörddəbir, ikidəbir və final mərhələlərində çıxış edəcəklər.

     Sonda qaliblər müxtəlif nominasiyalar üzrə təltif olunacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi