“Yüksəliş” müsabiqəsinin qalibinin “Bir Gələcək” təşəbbüsü çərçivəsində məktəblilərlə görüşü

   

     6 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsü çərçivəsində II “Yüksəliş” müsabiqəsinin qalibi, məktəbin məzunu olan Vüsalə Bayramovanın məktəb şagirdləri ilə görüşü keçirilib.

     Vüsalə Bayramova auditoriyaya təhsil aldığı illərdə və peşəkar fəaliyyətdə qazandığı bilik və bacarıqlar barəsində danışıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb və şagirdləri maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda məktəb şagirdlərinə sertifikat təqdim olunub.

    “İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir Gələcək” təşəbbüsünün məqsədi şagirdləri gələcək ixtisas seçimi və karyera planlaması mövzusunda maarifləndirmək, peşəkar həyatda uğur qazanan şəxslərin məzunu olduğu məktəbdə yuxarı sinif şagirdləri ilə görüşünü təşkil edərək onların fərdi inkişafına dəstək olmaqdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi