"Bura Vətəndir!" mövzusu üzrə nümunəvi dərs

     04.04.2023-cü il tarixində 3”D” sinif müəllimi Əsli Nuruyeva Ana dili fənnindən "Bura Vətəndir!" mövzusu üzrə nümunəvi dərs keçdi.

     Dərs interaktiv təlim metodlarına əsaslanaraq müasir avadanlıqlardan, elektron və əyani vasitələrdən  istifadə olunaraq təşkil olunmuşdu.

     Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə  Ağayeva, ibtidai sinif müəllimlərindən  Gövhər Zülfüqarova, Zərifə Məmmədova, Zümrüd Hüseynova, Dilarə Hüseynova, Leyla Babayeva iştirak  etmişlər. Dərs zamanı şagirdlər vətənpərvərlik mövzusuna aid mahnı və şeirlər təqdim etdilər. Müəllim Əsli Nuruyeva xalqımızın 27 il öncə mənfur ermənilər tərəfindən düçar olduğu məşəqqətlər, köçkün həyatı, nəhayət 27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün ərzində baş vermiş möhtəşəm qayıdış haqqında şagirdlərə geniş məlumat verdi. Dərsin gedişatında müəllim "Şəhidlər heç zaman ölmür" rublikasını təqdim etdi. 

     Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva çıxış edərək şagirdlərə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi