Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nümayəndələrinin şagirdlərlə görüşü

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2023-2024-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir. Bu səbəblə 04.03.2023-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Tələbə Elmi Cəmiyyətinin sədri, baş leytenant Sadıq Çingiz oğlu Abdullayev və “İdman, fiziki və qəza-xilasetmə hazırlığı” kafedrasının müəllimi, baş leytenant Nəriman İmaməli oğlu Məcidov məktəbin 9, 10 və 11-ci sinif şagirdləri ilə görüşərək onlara akademiyaya qəbul qaydaları və akademiyadakı təhsil haqqında ətraflı məlumat verdilər. Şagirdləri maraqlandıran sualları cavablandırdılar.