“Sirli biologiya” adlı nümunəvi dərs
Biologiya aylığı çərçivəsində məktəbin biologiya müəllimi Rəfiqə Aşurova V, VI, VIII, IX və XI sinif şagirdlərinin iştirakı ilə “Sirli biologiya” adlı nümunəvi dərs keçirdi. Dərsdə orqanlar, kimyəvi elementlər, sağlam qidalar və dərman bitkilərindən danışıldı. Orqanların obrazlarlarında çıxış edən şagirdlər hansı orqanın daha vacib olduğu barədə mübahisə apardılar. Dərman bitkilərinə aid isə kiçik səhnəcik nümayiş olundu. Səhnəcikdən sonra bitkilərin də orqanizmə faydalarından danışdılar.
Həmçinin dərs Novruz bayramı ərəfəsinə təsadüf etdiyi üçün təbiətin canlanması, yazın gəlişi mövzularına da toxunuldu.