“Milli adət-ənənələrimiz” mövzusunda sərgi təşkil olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-123F/2023 nömrəli 13.03.2023-cü il tarixli əmrinə əsasən, ümumtəhsil müəssisələrində “Dəyərlərimizi qoruyaq” layihəsi üzrə təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə məktəbin UBTR-i Günay Rəsulova ibtidai sinif şagirdləri arasında “Milli adət-ənənələrimiz” mövzusunda kompozisiyalar hazırlayaraq sərgi təşkil edib. Sərgidə nümayiş olunan əl işlərinə məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı, təlim-tərbiyə işləri üzrə direktor müavini Tahir Ağayev, Aynurə Ağayeva iştirak edərək sərgi ilə bağlı öz fikirlərini bölüşdülər.