“Dəyərlərimizi qoruyaq”

  Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran və ümumilikdə inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlayıb. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli mənəvi dəyərlər milli əxlaqdan, adət-ənənələrdən, mədəniyyətdən və digər insani keyfiyyətlərdən ibarətdir. Milli dəyərimiz hesab olunan Novruz bayramı ta qədimdən bu günə kimi qorunub-saxlanır. Bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları da indiyədək qeyd olunaraq gələcək nəsillərə ötürülür. Bir çox türk-oğuz xalqlarında olduğu kimi “Novruz bayramı“ Azərbaycanda da geniş miqyasda qeyd olunur.

    Milli dəyərləri şagirdlərə aşılamaq məqsədilə məktəbin 2”F” sinfində “Dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib. Şagirdlər milli geyimlər geyinərək, milli adət-ənənələrimiz nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi