"Oxu bacarıqlarının inkişafı" lahiyəsi çərçivəsində keçirilən monitorinq

Məktəbin illik fəaliyyət planının 1.1.57 bölməsinə uyğun olaraq "Oxu bacarıqlarının inkişafı" lahiyəsi çərçivəsində II, III və IV siniflərdə oxuyub-anlama vərdişlərinin yoxlanılması məqsədi ilə monitorinq keçirildi.
Monitorinq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva tərəfindən təşkil olundu. Monitorinqin keçirilməsinin əsas məqsədi şagirdlərin oxu bacarığını, onların diqqətli və oxuduqları mətni nə dərəcədə anladıqlarını müəyyənləşdirmək idi.