"Qaraca Çoban" mövzusu üzrə nümunəvi dərs

    Məktəbin ibtidai sinif müəllimi Dilarə hüseynova 3"Ç" sinfində Azərbaycan dili fənnindən "Qaraca Çoban" mövzusu üzrə nümunəvi dərs təşkil etdi. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri Nübar Həsənova, Gülnar Süleymanova iştirak etdilər.

     Motivasiya mərhələsində müəllim Dədə Qorqudun şəklini monitorda göstərərək şagirdlərə suallar verib, tədqiqat sualını təqdim etdi. Tədqiqatın aparılması zamanı şagirdlər dörd qrupa bölündülər. Qruplara  iş vərəqləri paylandı. 1-ci qrup Dədə Qorqud, 2-ci qrup Koroğlu, 3-cü qrup Mübariz İbrahimov, 4-cü qrup isə Polad Həşimov qrupu idi.       

    Qrupların hər biri öz təqdimatlarını nümayiş etdirdilər. Dədə Qorqud qrupu isə rollu oyundan istifadə edərək Qaraca Çoban mətnini səhnələşdirdilər. Sonda qrupların qiymətləndirilməsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi