İdman növləri haqqında

    İdman — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkətidir. İdman insan orqanizmini daima möhkəm saxlamaq, insan əzələlərini sağlam və güclü saxlamaqda önəmli əhəmiyyətə sahibdir. Məktəbin tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda fiziki tərbiyə müəllimi Rahil Hüseynov “İdman həftəsi” olduğunu nəzərə alaraq kiçikyaşlı şagirdlərlə “İdman növləri” haqqında maarifləndirici söhbət apardı.

    Müəllim şagirdlərə bildirdi ki, idman fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir.

    İdman növləri orqanizmə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir. İdmanla məşğul olan uşaqlar ildə iki dəfə sümüklərin düzgün inkişafı və boy artımına görə müayinə olunmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi