İdman nailiyyətləri olan idmançılarla görüş

    27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. Layihə şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

    Fevralın 28-də idman məktəbin fiziki tərbiyə üzrə metod birləşmə sədri Sofiya Əhmədova idman sahəsində nailiyyətləri olan şagirdlərlə görüş keçirdi. O, şagirdlərə Cənab Prezident İlham Əliyevin idmana olan xüsusi qayğısından danışdı. Həmçinin həyatda uğurlu nəticələrin əldə olunmasında fiziki sağlam olmanın əhəmiyyətini də vurğuladı. Sofiya Əhmədova dmançı şagirdləri əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, onlara davamlı uğurlar arzuladı. Sonra idmançılar məşğul olduqları idman sahəsi üzrə bir neçə hərəkət nümayiş etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi