İdman həftəsinə start verildi
27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinə start verildi. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
Təlimata uyğun olaraq 27.02.2023-cü il tarixində məktəbin idman zalında beşinci sinif şagirdləri ilə səhər gimnastikası keçirildi. Səhər insan sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsində mühüm rol oynayır. Səhər gimnastikası şagirdlərdə müsbət emosiyalar yaratdı.