Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş voleybol yarışı

    22 fevral 2023-cü il tarixində məktəbin idman zalında UBTR Günay Rəsulovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş voleybol yarışı keçirilib. Yarışda 7-ci sinif şagirdlərindən ibarət voleybol komandaları iştirak ediblər. Münsinflər heyəti məktəbin idman müəllimləri Sevada Fərzəliyeva, Rahil Hüseynov, Rasim Nəsibov, Nazilə Qasımova, Fatma Canıyeva və Mətanət Süleymanovadan ibarət olub. Oyuna nəzarət və xalların obyektiv verilməsi Osman Əsədova həvalə olunub.

    Yarış başlamadan öncə Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iki hissədən ibarət yarış başlayıb. I hissədə 7"A", 7"B”, 7"C", 7"Ç" siniflərinin komandaları, II hissədə 7"D", 7"E", 7"Ə", 7"F", 7"G" və 7"H" siniflərinin komandaları yarışıb. Yarımfinal mərhələsinə çıxan 7"A", 7"Ə" və 7"G" sinif komandalarından III yeri 7”G” sinfi, II yeri 7”A” sinfi, I yeri isə 7”Ə” sinfinin komandası qazanıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi