İlk dərslər “Xocalı soyqırımı”na həsr olunub

   Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

   Bu il Xocalı soyqırımının törədilməsindən artıq 31 il keçir. İllərin keçməsinə baxmayaraq xalqımız bu günü dərin hüzn hissi ilə yada salır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi, insanlığa sığmayan ən dəhşətli faciədir Xocalı faciəsi. Bu faciə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

   24.02.2023-cü il tarixində Xocalı qurbanlarının xatirəsini yad etmək məqsədilə ilk dərslər “Xocalı soyqırımı”na həsr olunub. Böyüməkdə olan yeni nəsil bilməlidir ki, qansız ermənilər Azərbaycan xalqına qarşı XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı törədiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi