"Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş nümunəvi dərs

     21 fevral 2023-cü il tarixində məktəbin  2 “Ə” sinif rəhbəri İranə Nağızadə "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş nümunəvi dərs keçirdi.

     Dərsin keçirilmə məqsədi dilimizin zənginliyini, tarixini nümayiş etdirmək və onu qoruyub saxlamağı şagirdlərə aşılamaq idi. Dərsdə şagirdlər tərəfindən Azərbaycan, türk, ingilis, rus dilləri haqqında məlumatlar verildi, səhnəciklər göstərildi. Şagirdlərin qrupla işi təşkil olundu. Dərs şagirdlər tərəfindən böyük maraq və həvəslə dinlənildi.

     Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini  Aynurə Ağayeva, ibtidai sinif müəllimlərindən Gülnarə Səmədova və Leyla Babayeva iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi