"Fövqəladə hallar zamanı nə etməli və uşaqlarda psixoloji vəziyyətin qorunması"

  16 fevral 2023-cü il tarixində məktəbin psixoloqu Vəfa Ağayeva məktəbin akt zalında 5"A”, 5"B" və 5"D" sinif şagirdləri ilə "Fövqəladə hallar zamanı nə etməli və uşaqlarda psixoloji vəziyyətin qorunması" mövzusunda söhbət apardı. Fevralın 6-sı Türkiyədə baş vermiş güclü zəlzələ böyük insan və mal itkisinə səbəb oldu. Bu hadisədən təsirlənərək Vəfa müəllimə şagirdlərə zəlzələ zamanı davranış qaydaları haqqında ətraflı məlumat verdi.
    Zəlzələ zamanı titrəyişlər insanda qorxu, əsəb və stress yaradır. Odur ki, zəlzələ baş verən zaman ilk olaraq insanlar sakit və təmkinli olmağa çalışmalıdır. Zəlzələ zamanı binadan çıxmaq olmaz. Belə ki, divarların dağılması və çökməsi bir çox insanların ölümünə səbəb olur. Olduğunuz yerdə xilas yeri axtarsanız şansınız daha çox olacaq. Zəlzələnin bitməsini gözləmək lazımdır ki, binadan təhlükəsiz çıxmaq mümkün olsun. Heç bir halda binadan lift vasitəsilə çıxmağa çalışmayın. Şaxtaya düşə biləcək yaxud sadəcə yerində ilişib-qalacaq lift insanın həyatını itirməsinə səbəb ola bilər. Açıq məkandasınızsa, cəld elektrik xətlərindən və tikililərdən uzaqlaşmaq lazımdır.

    Təcrübə göstərir ki, əsas təhlükə zəlzələnin özü yox, onun fəsadlarıdır. Belə ki, torpaq süxurlarının ani dəyişikliyi, bina və tikililərin dağılması, mebel və digər ev avadanlıqlarının aşması, şüşə qırıntıları, sel və qaz sızıntısı və s. Zəlzələ qurbanlarının özünü düzgün aparmaması onun özü və ətrafdakı insanlar üçün də təhlükə yaradır.

    Sonda psixoloq Vəfa Ağayeva şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi