Təkrar keçirilən Böyük Summativ Qiymətləndirmə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası"nın tələblərinə uyğun 2022-2023-cü tədris ilinin I yarımili üzrə 16.01.2023-cü il tarixindən mərkəzləşmiş qaydada Böyük Summativ Qiymətləndirmə həyata keçirilməyə başlayıb.
Lakin üzrlü səbəblərə görə Böyük Summativ Qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün 10.02.2023-cü il tarixində təkrar Böyük Summativ Qiymətləndirmə keçirildi.