Şagirdlər "Mauqli" tamaşasında

   Şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə 04 fevral 2023-cü ildə məktəbin müəllimi Mehparə Bəxtiyarova və Şəhla Novruzova rəhbəri olduqları  5”A” və 5”D” sinif şagirdlərini Gənc Tamaşaçılar Teatrında yeni nümayiş olunan “Mauqli” tamaşasına apardılar.

   Ədəbiyyat üzrə “Nobel” mükafatı alaningilis yazışısı Rudyard Kiplingin “Cəngəlliklərin kitabı” əsasında hazırlanan tamaşada hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə cərəyan edir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi həyat tərzi sürməyə, yaşamağa başlayır.

   Tamaşa şagirdlərin böyük marağına səbəb oldu. Onlara gözəl təəssürat bağışladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi