"Dövlətimiz" mövzusu üzrə nümunəvi dərs

07.02.2023-cü il tarixində məktəbin 3 "E" sinfində həyat bilgisi fənnindən "Dövlətimiz" mövzusu üzrə nümunəvi dərs təşkil olundu. Müəllim Nübar Həsənovanın rəhbərliyi ilə keçirilən dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynurə Ağayeva, ibtidai sinif rəhbərləri Əsli Nuruyeva, Dinar Salmanova, Gülnarə Səmədova iştirak etdilər.
Motivasiya mərhələsində müəllim Nübar Həsənova mövzunun açılmasında şagirdlərə suallarla müraciət edərək, onların cavablarını dinləyib tədqiqat sualını təqdim etdi. Tədqiqatın aparılması zamanı şagirdlər 3 qrupa bölündülər. Qruplara iş vərəqləri paylandı, |- qrup dövlət, ||-qrup rəmzlər, |||-qrup əlamətlər haqqında təqdimat hazırladı. Hər qrupun nümayəndəsi qrup işini təqdim etdi. Sonda qrupların qiymətləndirilməsi aparıldı.