7 və 9-cu siniflərdə keçirilən buraxılış imtahan fənlərindən təşkil olunmuş “Monitorinq imtahanı”nın təhlilləri

27.12.2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 7 və 9-cu siniflərdə buraxılış imtahan fənlərindən təşkil olunmuş “Monitorinq imtahanı”nın təhlilləri BŞTİ tərəfindən məktəbimizə göndərilib. Buna əsasən məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Elvin Aslanlı 27.01.2023-cü il tarixində uyğun fənlərin müəllimləri və MB-ə sədrləri ilə görüş keçirdi.
Görüşdə təhlillər və uyğun statistik məlumatlar fənn müəllimlərinin və MB-ə sədrlərinin diqqətinə çatdırıldı. Həmçinin müəllimlərlə gələcək planlaşdırma və zəruri təkliflər də müzakirə olundu.
Sonda Elvin Aslanlı təhlillərdə xüsusi əməyi keçən Anar Mustafazadəyə öz təşəkkürünü bildirdi.