20 Yanvar şəhidləri anıldı

    19 yanvar 2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Dilarə Hüseynova ilk dərsi 20 Yanvar qurbanlarına həsr etdi. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, daha sonra müəllim özü 20 Yanvar hadisələri haqqında şagirdlərə geniş məlumat verdi.              

    Şagirdlər 20 Yanvar qurbanlarına həsr olunmuş şeirlər söylədilər, müxtəlif mənbələrdən topladıqları məlumatları səsləndirdilər, çəkdikləri rəsmləri nümayiş etdirdilər.

    Sonda müəllim hazırladığı video-çarxı nümayiş etdirərək, “xalqımızın başına gələn bu müsibətləri heçvaxt unutmamalıyıq!” sözləri ilə dərsi yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi