Böyük Summativ Qiymətləndirmə keçirilir

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının  28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş  "Ümumi təhsil pilləsində  təhsilalanların  attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası"nın tələblərinə uyğun 2022-2023-cü tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirmə müvafiq olaraq 16.01.2023-cü il tarixindən mərkəzləşmiş qaydada uğurla həyata keçirilməyə başlayıb.

     Böyük Summativ Qiymətləndirmə tapşırıqları yaradılmış müvafiq komissiya tərəfindən təhvil alınıb, yoxlanılıb və şagirdlərin istifadəsinə verilir.

     Böyük Summativ Qiymətləndirmə tapşırıqları hər il oduğu kimi bu ildə müvafiq olaraq kodlaşdırma sistemi vasitəsilə aparılıb. Müvafiq olaraq fənlər üzrə 14 sual qapalı və 1 sual açıq tipli olmaqla təqdim olunmuşdur. IV, IX və XI siniflərdə uyğun olaraq bütün fənlərdən, V, VI, VII və  VIII siniflərdə buraxılış imtahan fənlərindən, X təmayül siniflərində (10a,10b,10c) buraxılış imtahan fənləri, əlavə olaraq 3 təmayül fənni, X adi (10ç,10d) siniflərində isə yalnız buraxılış imtahan fənlərindən təşkil olunaraq həyata keçirilir.

     Böyük Summativ Qiymətləndirmə imtahanında şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi