20 yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş dərs
19.01.2023-cü il tarixində məktəbin 4”B”-"Sağlam təhsil" sinfində Elm və Təhsil Nazirinin 2023-cü il 10 yanvar tarixli 3-29/3-2-03F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “20 yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən ilk dərs 20 Yanvar şəhidlərinə həsr olundu.
Müəllim Aytən Ovçuyeva dərsə başlamazdan əvvəl şagirdlərlə birgə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra 20 Yanvar faciəsini insanlığa sığmayan bir vəhşilik adlandıran müəllim, Azərbaycan xalqının azadlıq uğrunda apardığı bu mübarizədən alnı açıq, üzü ağ çıxdığını söylədi. Öz qanları bahasına üçrəngli bayrağımızın müstəqil dalğalanmasına nail oldular. O gecə qadına, uşağa, gəncə və qocaya rəhm olunmadı. Ekranda həmin gecə şəhid olan məktəbli İlqar və Larisanın görüntüləri göründü. İlqarin şəhid olduğu maşın və həmin gün onu görənlərin fikirlərini əks etdirən video-çarx da nümayiş olundu.
Sonda şagirdlər “20 Yanvar” faciəsinə həsr olumuş şeirlər, bayatılar söylədilər.