20 Yanvar faciəsindən 33 il keçir
Elm və Təhsil Nazirinin 2023-cü il 10 yanvar tarixli 3-29/3-2-03F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “20 yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən verilmiş silsilə tədbirlər çərçivəsində məktəbin foyesində tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov və UBTR Günay Rəsulovanın təşkilatçılığı ilə məktəbin foyesində 20 Yanvar faciəsi qurbanlarını anmaq məqsədilə guşə yaradılıb.
19 yanvar 2023-cü il tarixində məktəbin ibtidai və yuxarı sinif şagirdləri həmin guşəyə yaxınlaşaraq qərənfil dəstələri qoyub, şəhidləri bir dəqiqəlik sükutla yad ediblər.